• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 23.03.2020 11:50

Yük və minik avtomobilləri toqquşdu

KepezTV Player

Göygöldə, Gəncə-Şəmkir avtomobil yolunun rayonunun Nadil kəndi ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Mercedes" markalı minik və "Ford" markalı yük maşınlarının toqquşması nəticəsində 2 nəfər xəstəxanaya yerləşdiriliblər. Onlar minik maşınında olan Kürdəmir rayon sakinləri – 24 yaşlı Beyrək Ələkbərov və 22 yaşlı Əliağa Zalıyevdir. Yüngül xəsarət alanlara isə hadisə yerində ambulator yardım göstərilib.