• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 23.03.2020 11:57

Təcili yardımla Bakıya

KepezTV Player

Azərbaycanda təcili tibbi yardım maşını ilə rayonlardan paytaxta sərnişin daşımağa cəhd edilib. Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım avtomobilinin sürücüsü Sadiq Səmədovun idarə etdiyi maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa, daha 4 nəfər də olub. Polis əməkdaşları sərnişinləri avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.