• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 19.03.2020 20:36

Qərb regionunda məscidlərin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Gəncə məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar mümkün qədər kütləvi ibadətlərə fasilə verilməsi, ibadətlərin evlərdə və daha təhlükəsiz yerlərdə keçirilməsi ilə bağlı tövsiyələr verilib. Səhhətində problem olan insanların ümumiyyətlə məscidə gəlməmələri, ibadət zamanı şəxsi möhür, səccadə və təsbehlərdən istifadə edilməsi, dəstəmazın evdə alınması tövsiyə olunub.

Elmar Fətəliyev DQİDK-ın Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini:Dinlə məşğul olan bütün insanlar bilir ki, bütün dinlərin fəlsəfəsində insan həyatı ön plandadır, birinci mərtəbədə durur. Bununla belə bütün hər kəs insan həyatını xilas etmək üçün səfərbər olmalıdır. Müqəddəs Qurani-Kərimdən sitat gətirsək, bir insanın həyatını xilas etmək bütün bəşəriyyəti xilas etməyə bərabərdir.

Bundan başqa dəfn mərasimləri istisna olmaqla koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi də qadağan edilib. Yas mərasimləri zamanı əsas vacib olan şərt dəfn mərasimi olduğundan mağarların qurulmasının vacibliyi o qədər də əhəmiyyətli hesab edilmir.

Elmar Fətəliyev DQİDK-ın Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini:Mərasim zalları, mağarların qurulması, bu da kütləviliyin qarşısının alınması məqsədilə ləğv edilib. Bilirsiz ki, virus kütləvi şəraitdə daha çox yoluxur. Şəriət baxımından vacibat dəfn mərasiminə qədərdir. Sonraki proses, eysan süfrələrinin təşkil olunması, mağarların qurulması isə müstəhəbdir. Yəni yaxşılıq xarakterli əməl olunaraq hesab oluna bilər.

Vətəndaşlar kütləvi yoluxma riskini nəzərə alaraq sağlamlığı naminə müvəqqəti olaraq dini ibadətlərini ev şəraitinə etməli, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə ehsan məclislərini təxirə salmalıdırlar.