• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 19.03.2020 20:35

Evdə qal, həyat xilas et!

KepezTV Player

Koronavirusun qloballaşdığı bir dövrdə, hamı öz sağlamlığını düşünür. Ancaq bir qrup insanlar var ki, nəinki öz sağlamlığını, digər insanların də sağlamlığını bilmədən təhlükəyə ata bilər. Xüsusən də kütləvi formada yığışanlara, gigiyenik tələblərə riayət etməyənlərə cəmiyyətin yanaşması da birmənalı deyil.

Aybəniz Ağayeva şəhər sakini:Evdə otursunlar, camaatla çox ünsiyyətdə olsunlar, əllərini spirtləsinlər, gigiyenik qaydalara riayət etsinlər.

Xəyal Məmmədov şəhər sakini:İnsanlar evdə olsalar daha yaxşıdır. Çünki bu virus kütləvi şəraitdə daha çox yayılır. Ona görə də evdə oturmaq daha da yaxşıdır. Təmizlik qaydalarına da riayət etmək mütləqdir.

Yuris Ələsgərov şəhər sakini:Mağazaya, vacib iş arxasınca getsinlər. Boş-boş gəzməyin mənası da yoxdur, həm də zərərlidir. Xalqımızı çağırıram ki, evdə olsunlar.

Ev mühitində nə edə bilərəm sualının bir çox cavabları var. Bu cavablardan biri də sağlamlığın təminatçısı olan idmandır. Asudə vaxtın səmərəli formada təşkili üçün ən yaxşı vasitələrdən biri də idmanla məşğul olmaqdır. Peşəkar səviyyədə olmasa da, həvəskar formada idmanla məşğul olmaqla gümrah ola, sağlamlığınızın qeydinə qala bilərsiniz..

Orxan Rzayev məşqçi:Evdə müxtəlif gimnastika hərəkətləri etmək olar. Əsas da səhər gimnastikası, bədən qızışdırıcı hərəkətlər etmək lazımdır. Hamıya məsləhət görürəm ki, evdə boş oturmasınlar, idmanla məşğul olsunlar. Dartınma, əyilib-qalxma kimi hərəkətlər etməklə immuniteti gücləndirmək lazımdır ki, bədən də möhkəm olsun.

Son zamanlar yayılan koronavirus epidemiyası ilə mübarizə aparmağın yollarından biri ev şəraitində qalmaq və müxtəlif fəaliyyətlərlə məşğul olmaqdır. Xüsusən də vacib işiniz olmadıqda, hava şəraitinə çıxmamalı, insanlarla təmasdan qaçmaq lazımdır. Bunu mütəxəssislər deyir.