Koronovirusla bağlı Dövlət Miqrasiya xidməti ölkəmizdə olan xarici vətəndaşların qalma müddətini uzadıb. Bunu xidmətin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. Viza ilə bağlı hər hansı çətinliyi olan xarici vətəndaşlar üçün Dövlət Miqrasiya Xidmətinin elektron saytında xüsusi məlumat videosu yayımlanıb. Bunun üçün xüsusi sənədlərə ehtiyac olmadığı bildirilir.
Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi:Vizasız olan müddət Türkiyə vətəndaşlarına 30 gün digər ölkə vətəndaşlarına 90 gündür.Ancaq qeyd etmək istəyirəm ki,ölkədə olma və yaşama müddəti bitən hətta şəxs ölkədədirsə və onun viza müddəti bitirsə o hər hansısa səbəbdən giriş-çıxış edə bilmirsə bununla bağlı Miqrasiya xidməti həmin şəxslərin giri-çıxış etmədən ölkədə yaşamasını leqallaşdırması istiqamətində işlər görür...
- Baxış: 318