• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 19.03.2020 16:36

Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq

KepezTV Player

Regionlara hərəkət edən avtobusların işləmə qrafiki sərnişin axınından asılı olacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin məlumatına görə, şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir."Regionlara işləyən avtobuslar əvvəlki kimi fəaliyyətlərini davam etirir. Sadəcə onlar xüsusi tənzimlənən reyslər olacaq. Ola bilsin ki, bu günlərdə işləyən avtobuslar əvvəlki qrafiklə üst-üstə düşməsin. Bu da sərnişin axınından asılıdır. Mümkündür ki, əvvəl hər hansısa istiqamətə 5 reys gedirdisə, bu günlərdə həmin reyslər birləşdirilsin. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq" deyə avtovağzaldan bildirilib. Avtobusların işləmə vaxtını tam dəqiqləşdirmək istəyənlər (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər.