Azərbaycan Dövlət Aqrar Universitetinin internet televiziyası və facebook sosial şəbəkəsi üzərindən matrın 16-dan başladılan onlayn dərslər davam edir. Yayımın keyfiyyətli həyata keçirilməsinə imkan verən maddi-texniki avadanlıqlarla təchiz edilən xüsusi auditoriyada reallaşan dərslər gündə 5-6 mövzu üzrə saat 10-dan 18-dək davam edir. Nazirlər Kabineti yanında operativ gərargahın koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkədə tədris prosesinin müvəqqəti dayandırılması barədə qərarı universitet tərəfindən tələbələrə dərslərin onlayn formada tədrisi üçün əsas yaradıb. Onlayn mühazirələrin əsas xüsusiyyəti onun ictimaiyyət üşün açıq olmasıdır. Yəni dərs prosesinin gedişində tələbələr tərəfindən ünvanlanan suallar fən müəllimi tərəfindən canlı olaraq cavablandırılır. Eləcə də universitetdə tədris azərbaycan, rus və ingilis dillərində aparıldığından onlayn dərslər də müvafiq olaraq təşkil edilir. Bununla yanaşı internet rusurslardan istifadə edilərək mühazirə materiallarının tələbələrə çatdırılması vatsap qruplar, skayp müzakirələr və elektron poçt vasitəsilə təmin edilir. Qərarın qüvvədə olacaq müddətədək davam edəcək onlayn tədrisə maraq yüksəkdir. 4 gün ərzində reallaşan 18 dərs 22mindən artıq real baxıcı sayı toplayıb. Gələn həftə müxtəlif istisaslar üzrə 36 dərsin təşkili qərara alınıb.
- Baxış: 655