• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 19.03.2020 12:34

Bankomatlardan istifadəni minimuma endirin

KepezTV Player

Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir.Bu barədə nağdsız ödənişlərin COVİD-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair Azərbaycan Banklar Assosiasiyasının tövsiyələrində qeyd olunub. Xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir.Həmçinin, ÜST-nin araşdırmalarına əsasən bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq, ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur.