Samux rayonunda Novruz bayramı ilə əlaqədər aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylanıllıb. Rayon icra Hakimiyyəti könüllülərinin təşəbbüsü ilə keçirilən tədbir zamanı şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə bayram payları verilib. Ümumilikdə 1000 ailəyə sovqat təqdim edilib. Səhhətində ciddi problemləri olan şəxslərin bayram payları yaşadıqları ünvana çatdırlıb. Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, adət və ənənələri özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbriklər səsləndirilib, əziz günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti vurğulanıb. Xeyriyyə aksiyası tək rayon mərkəzi deyil bütün kənd və qəsəbələri əhatə edib.
Natiq Hüseyn
- Baxış: 304