Dünya Güləş Birliyi növbəti dəfə gəncəli sərbəst güləşçi Toğrul Əsgərovdan yazıb. Qurumun rəsmi saytında yer alan məqalədə Əsgərovun Budapeştdə keçirilməsi planlaşdırılan turnir öncəsi mübarizə apardığı 74 kq çəki dərəcəsində birinci nömrə olduğu qeyd olunub.
Amma bu yerdə haşiyə çıxaq ki, koronavirus pandemiyası səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış təxirə salınıb. Bununla belə, Dünya Güləş Birliyinin vebsəhifəsində Toğrula yer ayırması müsbət məqamdır. Yazıda onun olimpiyadanın iki qat finalçısı kimi 2012-ci ildə planetin ən böyük yarışında qalibi olması və Azərbaycan adına lisenziya uğrunda komanda yoldaşı Hacımurad Hacıyevi yığmada əvəzləməsindən bəhs edilib. Hacıyevin elə də uğurlu mübarizə aparmamasından yazan sayt dolayısı ilə ümidlərin Əsgərova bağlandığına işarə vurub. Nüfuzlu təşkilat Rio olimpiadasından sonra gəncəli idmançının artıq 3-cü dəfə güləş döşəyinə qayıtdığını xatırladaraq həmyerlimizin xeyli müddət zədədən əziyyət çəkdiyini və 2016-cı ildən bəri nadir hallarda güləşdiyini vurğulayıb. Onun 2017-ci ilin ildə Hindinstanda Peşəkar Güləş Liqasında, bir il sonra Amerikada “Küçədə döyüş” adlı şou xarakterli gecədə gücünü sınadığı da bildirilib. Yazıda həmçinin, Toğrulun 2019-cu ildə Tbilisi Qran-prisində ilk görüşdə uduzması və reytinqdə uzun karyerası boyunca 5-ci dəfə ilk 10-luqdan kənarda qalmasına da yer verilib.
- Baxış: 1998