• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 18.03.2020 19:48

Həyatın anını donduran insan...

KepezTV Player

Həyatın anını donduran insan... Heykəltarəşlıqla məşğul olan şəxsləri adətən, bu cür ifadə edirlər. Əbəs yerə incəsənətin bu qədim növündən söz açmadıq. Rəssam-heykəltəraş Sadıq Salmanoğlunun yaradıcılığı barədə maraqlı süjetimiz var, izləyək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Sadıq Salmanoğlu rəssamlığa orta məktəb illərindən həvəsli olub. Ali təhsilini başa vurduqdan sonra o, bir müddət Gəncə Çini Qablar Zavodunda mütəxəssis kimi fəaliyyət göstərib. 30 il əvvəl müəssisənin fəaliyyətini dayandırması sənətkarı rəssam-heykəltaraş olmaq fikrindən döndürməyib.

Sadıq Salmanoğlu - rəssam-heykəltəraş: Hər iki sahə maraqlıdır. Mənim məşğul olduğum sahə bədii-keramika gedir. Burada heykəltəraşlıq, rəssamlıq, rəngkarlıq, qrafika, eyni zamanda ornament texnologiyası və bütün bunların sintezi var. Bütün sahələri gil üzərində tətbiq etmək istəyirəm.

Rəssam-heykəltəraş AMEA-da çalışdığı müddətdə bir çox dahi şəxsiyyətlərinin heykəllərini hazırlayıb. Hazırda onun 70-ə yaxın əl işi və gələcəklə bağlı planları var.

Sadıq Salmanoğlu - rəssam-heykəltəraş: Planımda böyük bir layihə var. Gəncədə Keramika Mərkəzi açmaq istəyirəm. Gil incəsənət mərkəzində tarixi və müasir mövzularda suvenir hazırlayıb, satışa vermək. Keramikanın bir çox sahələrini inkişaf etdirmək istəyirəm.

Sadıq Salmanoğlu həm də Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür. O, indiyədək bir çox sərgilərdə iştirak edib, dəfələrlə nailiyyət qazanıb.

Sadıq Salmanoğlu - rəssam-heykəltəraş: Bu perspektivli sahədir. Gənclər həm zövq alacaq, həm də qazanc əldə edəcəklər. Bu sahəni gələcəkdə istehsalatda tətbiq etməliyəm. Gənc kadrlar hazırlayıb, onalrın püxtələşməyinə kömək etmək istəyirəm.

Gəncəbasar zonasında gil ehtiyatının kifayət qədər olduğunu vurğulayan sənətkar, yetişdirdiyi gənc kadrlar arasında öz qızını da görür. Rəssam-heykəltəraş maddi dəstək olarsa, dekorativ sənətin bu növünü yaxın müddətdə istehsalatda tətbiq etməyi düşünür.