• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 18.03.2020 20:11

80 fermer subsidiya üçün qeydiyyatdan keçib

KepezTV Player

Martın əvvəlindən başlayaraq Samux rayonunda yazlıq əkin aparan fermerlərin elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatı aparılır. Artıq 80 nəfərin adı subsidiya alması üçün sistemə daxil edilib. Qeydiyyata alınan fermerlərin kartları yaxın zamanda onlara təqdim ediləcək.

Samux rayonunda ümumilikdə 25 min ha-dan artıq əkin təyinatlı torpaqlar var. Elektron kənd təsərrüfatı informasiya sistemi üzrə 8103 nəfərdən fermerdən 81-i yazlıq əkin üçün qeydiyyatdan keçib. Əkilən bitkilərin ümimilikdə 11 min ha-dan çoxu taxıldır. Rayonda şəkər çuğunduru, günəbaxan, tərəvəz bitkiləri və qarğıdalının əkini aparılır.

Müşfiq Əsgərov - fermer: 3 ha yonca, 1 ha 62 sot isə buğda əkmişəm. Kartımı almışam pulumuz da yerləşdirilib. Onun 25 faizini nəğd şəkilndə çəkmişik, qalanını da gübrə, toxumluq buğda almaq üçün kartımıza yerləşdirilib. Nə vaxt istəsəm gübrə, toxum üçün çıxara bilərəm.

Canpolad Əsgərov - fermer: Gübrə ilə, toxumluq buğda ilə təmin olunuruq. Çox yaxşı effekt verir, məhsuldarlığımız da bol olur.

Rayonda fermerlərin yazlıq əkinlərin bəyan edilməsi üçün Samux Dövlət Aqrar İnkişaf Mərkəzində xidmət pəncərəsi yaradılıb. Müraciət edən fermerlər öz əkinlərini bəyan edir və burada müvafiq sənədlərlə qeydiyyata alınır.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Əsas məqsədimiz odur ki, fermer dövlət tərəfindən ona göstərilən qayğıdan istifadə edə bilsin və ona yönəlmiş vəsaiti anacaq əkin sahəsinin becərilməsi üçün istifadə eləsin. Bunlar isə münbit şərait yaradır hər bir fermer onun öz kartına qoyulan vəsaitə uyğun müraciət edir və mineral gübrəni, toxumu, pedsidi alaraq öz təsərrüfatını istifadə edə bilir.

Samuxda 6511 nəfər isə payızlıq və çox illik bitkilər əkib. Qeydiyyata alınan fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kartlar verilib. Məbləğ isə əkilən bitkiyə və hektara uyğun olaraq təyin olunub.