Televiziyamıza məktub ünvanlayan Gəncənin Məhsəti qəsəbəsinin sakinləri illərdir ki, qaz və su həsrəti ilə yaşayırlar. Sakinlər illərdir yaşadığı ərazidə qaz və su xəttinin olmamasından şikayətçidirlər. Aidiyyəti qurumlar isə mövcud duruma görə abonentləri qınayır. Əməkdaşımız Valeh Anaroğlu sakinlərin probleminin səbəblərini və qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların cavabını araşdırıb. İzləyək.
Odun yandırmaqla istiliyi təmin etməyə çalışan, ödənişli əsaslarla suya olan tələbatını ödəyən sakinlər. Çəkiliş apardığımız ərazi Məhsəti qəsəbəsində 100-ə yaxın ailənin yaşadığı yerdir. İllər əvvəl ərazidən torpaq sahəsi alıb, ev tikdirənlər su və qaz həsrəti çəkirlər. Sakinlər aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından qaynaqlanır.
Yeni salınmış qəsəbə massivində 130 ailə yaşayır. İllər əvvəl ərazidən torpaq sahəsi alıb, ev tikdirən sakinlər indi su və qaz xidmətlərindən məhrumdurlar. Aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından narazı olan sakinlər, son çarə olaraq televiziyamıza müraciət ediblər.
Məlahət Seyfullayeva - Sakin: 6 ildir ki, 2705 dairəsi adlanan ərazidə yaşayıram.Qazdan, sudan əziyyət çəkirik.Su daşıyan maşınla su gətizdiririk, 2 tonluq çəni doldurtdururuq.Çatdıra bilmirəm, kasıb ailəyəm.Xahiş edirəm ki bizim şikayətimizə baxsınlar.
Polad Qurbanov - Sakin: Nə suyumuz var, nə qazımız. Nə qədər orqan var, ora müraciət etmişik, baxan yoxdur.Su çəkilməlidir, qaz çəkilməlidir.Həm su, həm qaz idarələrinin səlahiyyətli nümayəndələrindən xahiş edirik ki, şikayətimizi təmin etsinlər, tədbir görsünlər.
Gülbadam Hüseynova - Sakin: Oğlum xəstədir, zirzəmidə soyuqda qalıb.Qaz vermirlər, su vermirlər. Bu uşağı necə saxlayım?
Qeyd olunan müraciətlərə aydınlıq gətirməsi üçün ilk olaraq Gəncə Regional Qaz İstismar İdarəsinə yollandıq. Həmsöhbətimiz idarənin baş mühəndisi Azər Bayramov, həmin ərazilərin dövlət əhəmiyyətli torpaqlar olduğunu, əraziyə qaz xəttinin çəkilişi üçün mümkün təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu, bu istiqamətdə işlərin aparıldığını bildirdi.
Azər Bayramov - Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Gəncə şəhərinin müxtəlif hissəsində dövlət hesabına qazlaşma nəzərdə tutulub.O cümlədən Sizə müraciət edən sakinlərin yaşadığı ərazidə.Burada bəzi problemlər var.Bu problemlərdən də biri odur ki, tikilən evlərin bəziləri ev tikmək üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir.Müvafiq təşkilatlara bu ərazinin qazlaşdırılması üçün müraciətlər olunub, əgər dövlət proqramına daxil edilsə, həmin ərazilər qazlaşdırılacaq.
Sakinlərin su məsələsi ilə bağlı müraciətinə də cavab tapdıq. Məsələ ilə bağlı Gəncə Şəhər Su-Kanal Törəmə Cəmiyyəti ilə əlaqə saxladıq. Vəziyyətdən xəbərdar olduqlarını onlar da təsdiqlədi.
"Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini Yaşar Məhərrəmov: Həmin ərazilərdə dəfələrlə olmuşuq.Bizim orada mənbəmiz yoxdur ki, orda su tələbatını ödəyək.Ancaq yaxın zamanda həmin ərazidə də layihə ilə bağlı işlər görüləcək. Su təminatı olacaq.
Layihələndirmə işləri aparıldıqdan və mənbə məsələləri həllini taparsa şikayətçilərin probleminin həlli mümkün ola bilər. Əməli addımların atılacağı isə sadəcə zaman məsələsidir
- Baxış: 724