KepezTV Player
Sabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.<br>Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir. Aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.
- Baxış: 270