• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 18.03.2020 11:03

Ruf firması SCR modelinin seriya versiyasını nümayiş etdirib

Alman Ruf Automobile şirkəti 1989-cu ilin Porsche 911 (964) modelinə bənzədilmiş yeni SCR kupesinin ilk nüsxəsini nümayiş etdirib.

Lakin, xarici görünüş aldadıcıdır:belə ki, superkarın monokoku və bütün kuzov panelləri karbon lifindən hazırlanıb. Yəni superkar klassik Porsche modelindən ön bamperinin dizaynı, daha geniş arxa qanadları, müasir LED işıq texnikası, orijinal formalı kiçik arxa spoyleri və yeni təkər diskləri ilə fərqlənir.

SCR üçün, hər iki oxda üfüqi amortizatorları olan ikiqollu idman asqısı da əlavə edilib. Avtomobilin arxa hissəsində isə, 4,0-litrlik altısilindrli oppozit mühərriki yerləşir - 8,270 dövr/dəqiqəyə qədər sürətlənən atmosfer mühərriki 510 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edir. Güc aqreqatı isə mexaniki transmissiya ilə tandemdə çalışır. Ruf SCR modelinin çəkisi 1250 kiloqram, maksimal sürəti isə 320 km/saat təşkil edir.

Almanlar superkarın dinamik xüsusiyyətlərini gizli saxlamağa üstünlük veriblər. Ruf şirkəti yeni modelin qiymətini və tirajını da açıqlamayıb. Şirkətin əvvəlki buraxılışları nəzərə alınaraq, kupenin tirajının onlarla, qiymətinin isə yüz minlərlə ölçüləcəyi qənaətinə gəlmək olar.