• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 18.03.2020 11:01

“ZTE Nubia Red Magic 5G” adlı oyun smartfonu təqdim edilib

Yeni “Nubia Red Magic 5G” smartfonunun əsas özəlliyi 144 hers yeniləmə tezliyinə malik ən sürətli ekranla təchiz edilməsidir. Bundan başqa, ekranın toxunuşlara dərhal reaksiya verməsi üçün ona 240 hers tezliyi ilə işləyən sensor da əlavə edilib.

 Digər xüsusiyyətlər üzrə bu standart displeydir: 6,65 düym diaqonal, “Full HD ” təsvir ölçüsü, AMOLED matris. Barmaq izləri skaneri isə birbaşa ekrana quraşdırılıb.

Oyun həvəskarları üçün smartfona düymələr əlavə edilib. Hətta korpusun daxilində miniatür ölçüdə kulerə malik aktiv soyutma sistemi də yer alır.

 Standart model qabaqcıl “Snapdragon 865” prosessoru, 8 QB əməli yaddaş ilə təchiz edilib. Amma “Nubia Red Magic 5G” smartfonunun 16 QB əməli yaddaş və 256 QB daxili yaddaşa malik versiyası satışa çıxarılacaq.

 Akkumulyator batareyasının tutumu 4500 milliamper/saat təşkil edir. Bundan başqa, korpusda simli qulaqlıqlar üçün 3,5 mm-lik çıxış və aksesuarlar üçün xüsusi konnektor var.