KepezTV Player
Daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb. Həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub. Xatırladaq ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.
- Baxış: 743