• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 17.03.2020 16:35

Antisanitariya yaradan küçə ticarəti

KepezTV Player

Gəncədə şəhər icra hakimiyyətinin və qida təhlükəsizliyi agentliyi əməkdaşlarının iştirakı ilə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı reyd keçirilib. Şəhərin mərkəzi hissəsində, ələxsus da səkilərdə hərəkəti çətinləşdirərək pərakəndə ticarət ilə məşğul olanlara xəbərdarlıq edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cəza tədbirləri görülüb. Həm estetik, həm ekoloji baxımdan çətinliklərin yaranmasına əsas olan küçə ticarətinin geniş yayılmasının qarşısını almaq məqsədi daşıyan reyd ən çox piyadaların ürəyincədir. Küçə ticarəti ilə məşğul olanların antisanitar şərait yaratdığı vurğulanıb.

Vaqif Novruzov şəhər sakini:Koronavirus bu dəqiqə bütün dünyada tüğyan edir. Lakin o qədər də narahatlığa əsas yoxdur, çünki bizim arxamızda güclü dövlət dayanıb. Amma gördüyünüz kimi küçə ticarəti davam edir. Bazarlar var, gigiyenik normalara riayət olunan yerlər var. Ancaq küçələrə tökülən bu məhsullar bu epidemiyanın yayıcısıdır. Xahiş edirəm bunlar aradan qaldırılsın.

İsfəndiyar Alverdiyev şəhər sakini:Küçə ticarəti ilə məşğul olan insanlar virus daşıyıcısı ola bilərlər. Başa düşürük ki, pul qazanmaq istəyir, ancaq bunu bir müddət dayandırmaq lazımdır. Bu dəhşətli xəstəliklərə gətirib çıxara bilər. Bunu başa düşmək lazımdır.