• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 17.03.2020 16:34

Gəncədə dizinfeksiya tədbirləri artırılıb

KepezTV Player

Artıq 10 gündür ki, Gəncə şəhər Dezinfeksiya Stansiyası gücləndirilmiş iş rejiminə keçib. Stansiyanın əməkdaşları karanavirus epidemiyasının qarşısını almaq üçün təyin olunan qrafiklə qabaqlayıcı tədbirlər görür. Şəhərin bütün ali, orta təhsil məktəbləri, uşaq bağçaları, səhiyyə müəsisələri, bəzi idarə və təşkilatlar,  ictimai iaşə obyektləri dizinfeksiya olunub. Bunun üçün idarə xüsusi geyimlər, avadanlıqlar, eləcə də bromesep, xlaramin, xlorlu əhəng kimi dərmanlarla təchiz edilib. Stansiyada 5 həkim birqadası  növbəlik əsasında müraciətlər olunan yerlərə göndərilir. Hazırda dizinfeksiya işləri davam etdirilir.

Səlbi Cəfərova Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi:ASAN Xidmətdə karana virus xəstəliyi ilə əlaqədar praflaktik dizinfeksiya tədbirləri aparırıq. Gələcəkdə hara dizinfeksiya olunmayıbsa bizə müraciət etdikdə gedib dizinfeksiya edəcəyik. Şənlik evlərində işlər dayanıbdı. Müraciət etsinlər bizdə gedib dizinfeksiya edəcəyik. 253-85-43, 253-81-53 nömrəli telefonlarımız həmişə işləkdi. Zəngləri qəbul edirik.