• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 17.03.2020 16:31

3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir

KepezTV Player

TƏBİB tabeliyində olan 3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir. Bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.O bildirib ki, regionlarımızın əksəriyyətində müasir tibb mərkəzləri və infrastruktur var:Xəstələr daxil olan gün müayinə materialı götürülür, xəstəlik aşkar olunan şəxs xüsusi tibb mərkəzində izolyasiya edilir və müalicəyə alınır, digərlərin isə müşahidəsi davam etdirilir. Əgər 7-ci gün testin nəticəsi neqativ olarsa, o zaman evə buraxılırlar. Karantində saxlanılma müddəti 14-21 gün davam etdirilə bilər. Digər ölkələrdən gələnlər TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa karantinə göndərilir. Simptomları yoxdursa onlara bukletlər təqdim olunur və evə göndərilirlər.