• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 17.03.2020 12:29

Boks yığmamızdan ilk lisenziya

KepezTV Player

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını əldə edib. Bu vəsiqəyə Tayfur Əliyev yiyələnib. Dəri əlcək ustamız Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində litvalı rəqibini məğlub edərək 1/4 finala yüksəlib və Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu yarış koronovirusa görə gecə seansından sonra dayandırıldığından 1/4 final qarşılaşmasını turnir bərpa olunandan sonra keçirəcək. Tayfur Əliyev ölkəmizə 15-ci lisenziyanı qazandırıb.