• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 17.03.2020 12:35

Zibil qutuları yenilənir

KepezTV Player

Gəncədə köhnələn, yararsız hala düşən zibil qutularının yenilənməsinə başlanılıb. Şəhərin mərkəzi prospekt və küçələrində olan 200-ə yaxın zibil qutusu dəyişdirilib. İşləri Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin Təmizlik şöbəsinin əməkdaşları həyata keçirirlər. Belə ki əvvəlcədən işçilər tərəfindən prospekt və küçələrə baxış keçirilib, yararsız qutuların siyahısı çıxarılıb. Təyin olunun  qrafiklə də ərazilərdə qutuların yenilənməsi işləri həyata keçirilir. 1,3 kubmetr tutumu olan zibil qutuları Gəncə Avtomobil Zavodu tərəfindən yığılıb. Həftə sonuna kimi işlər başa çatacaq. Ümumilikdə isə şəhər ərazisində 1500-ə yaxın zibil qutusu var. Məişət tullantıları  həftə ərzində təyin olunan qrafiklə xüsusi avtomobillər vasitəsilə yığılaraq daşınır.

Nadir Əsədov Gəncə Şəhər MKTİB-nin Təmizlik şöbəsinin rəis müavini:Yeni qutularla bərabər eyni zamanda köhnə qutuları götürürük. Baş idarənin həyətində həmin qutularda təmir işləri aparıb, rəngləyirik və yenidən ayrı küçələrə düzəcəyik. Əhalidən də xahişimiz odur ki, qutuların içinə təmir tikinti materiallarını atmasınlar.