• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 17.03.2020 12:33

ABŞ-da koronavirusa qarşı vaksinin sınaqları başladı

KepezTV Player

Bu gün ABŞ-da koronavirusa qarşı vaksinin ilk sınağı keçirilib. Vaksinin sınağı Vaşinqton ştatında 4 nəfər üzərində test edilib. Test olunanların adları açıqlanmayıb. Onlardan biri 43 yaşlı, 2 uşaq anasıdır. Daha 45 könüllü üzərində sınaq keçiriləcəyi gözlənilir. Nəticə müsbət olarsa, bu vaksindən kütləvi şəkildə 12-18 ay arasında istifadə edilə bilər. ABŞ Prezidenti Donald Tramp vaksinin sınaqdan keçirilməsini belə dəyərləndirib: “Bu, tarixdə ən sürətlə hazırlanan vaksinlərdən biridir. Yaxşı iş görə bilsək, mütəxəssislər iyul və ya avqusta qədər koronavirusun yayılmasının qarşısını ala biləcəyimizi deyir. Nələrin baş verəcəyini görəcəyik. Bəlkə də uzun müddət davam edəcək”.