• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 16.03.2020 19:52

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib

KepezTV Player

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov 74 yaşında vəfat edib. Aktyor bu gün günorta saatlarında dünyasını dəyişib. Rafael Dadaşov bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəsətəxanaya yerləşdirilmişdi. O, 1987-ci ildə əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.