• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 16.03.2020 20:07

Şəmkirdə koronavirus təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır

KepezTV Player

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Şəmkir rayonunda aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər daam etdirilir. Təhsil, səhiyyə və mədəniyyət müəssiəsələrində, eləcə də digər sosial obyektlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb. Hazırda rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Şəmkirdə fəaliyyət göstərən mehmanxalar və yaşayaış binaları da infeksiya əlehinə dərmanlanır. Yaşayış binalarının, ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Sahib Sadıqov - Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Əsasən bizim işimiz ondan ibarətdir ki, aparılan deznfeksiya işlərini nəzarət edək. Rayonun bütün ümumtəhsil məktəbləri körpələr evi –uşaq bağçaları xəstəxanalar eləcədə idarə təşkilat və müəssisələrdə yüksək səviyyədə dezinfeksiya işləri aparılıb və proses gedir.

 

Natiq Hüseyn