• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 16.03.2020 11:53

Şəmkirdə avtoxuliqanlıq edən iki nəfər saxlanılıb

KepezTV Player

Şəmkirin Yol Polisi əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi pozan və bununla da digər hərəkət iştirakçıları üçün təhlükə yaradan iki nəfəri saxlayıb. Avtoxuliqanlıq edənlərin sürücülük hüququnun olmadığı da üzə çıxıb.

Şəmkir sakini, 22 yaşlı Elnur Teymurlu rayon ərazisində intizamsızlıq edərək, idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqnalıq edib. Həmin şəxsin bu hərəkətləri video görüntüyə alınıb. Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sükan arxasında olan Elnur Teymurlunun sürücülük hüququnun olmadığı da məlum olub. Onunla bölmədə aparılan proflaktiki söhbətlərdən sonra avtoxuliqanlıq edən şəxs əməlinə görə peşman olduğunu etiraf edib.

Elnur Teymurlu - avtoxuliqanlıq edən şəxs: Morula girdim bir tanış var idi. Maşını onların qapısına saldım. Sonrada maşını gecə çıxardım. Saat 2-3 olardı kənddə evə getdim. Sonra səhəri gün gəlib maşını apardılar. Elədimiyim əmələ görə çox peşmanam.

Bu görüntülər isə Şəmkirin Şiştəpə kəndində qeydə alınıb. 19 yaşlı Əli Alıyev sürdüyü “VAZ 2107” ilə yaşadıqları kəndin ərazisində avtoxuliqanlıq etməsi video görüntüyə alınıb. Həmin şəxsin də sükan arxasına sürücülük hüququ olmadan əyləşdiyi müəyyən edilib.

Əli Alıyev - avtoxuliqanlıq edən şəxs: Saxla işarəsi verdilər. Saxlamadım qaçdım. Sürücülük vəsiqəm yox idi. Bu qədər.

Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və əməllərinə hüquqi qiymət verilib.

 

Natiq Hüseyn