• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2515
— 14.03.2020 16:19

Rüfət Tokio uğrunda mübarizəyə başlayır

KepezTV Player

Bu gün Londonda kişi və qadın boksçuların Avropa Olimpiya Təsnifat Turniri start götürüb. Yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Böyük Britaniya paytaxtında Azərbaycan yığma komandaları da mübarizəyə qatılıb. Ölkəmizin şərəfini dumanlı albionda 11 boksçu qoruyacaq. Onlardan biri Gəncə boks məktəbinin yetirməsi Rüfət Hüseynovdur. 23 yaşlı dəri əlcək ustası 52 kq çəki dərəcəsində döyüşəcək. Martın 16-da vuraşacaq idmançı 1/8 finaldan mübarizəyə qoşulacaq. Bu mərhələdə onun rəqibi rumıniyalı boksçu olacaq.   Olimpiadaya vəsiqə qazanmaq üçün o, bu çəkidə ilk “səkkizlik”də yer almalıdır. Yaşının az olmasına baxmayaraq Hüseynov bir dəfə olimpiya oyunlarının iştirakçısı olub. Rüfət 2016-cı ildə Rioda keçirilən planetin ən böyük yarışında rinqə çıxıb. Düzdü, medalsız qalsa da, bu onun üçün yaxşı təcrübə olub.