• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3155
— 14.03.2020 16:38

Evdə silah-sursat aşkarlanıb

KepezTV Player

Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin evinə baxış keçirilib. Oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 221 ədəd patron, üzərində “KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.Fakt araşdırılır.