• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 14.03.2020 16:35

Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub

KepezTV Player

Gürcüstan və Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək:“Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub”. Yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.