Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində faəliyyət göstərən “Aqrar İnkişaf Könüllüləri” rayonun Nadel kəndində olan pamidor istixanasında təcrübədədirlər. Onlara istixanada salxım pamidor sortunun yetişdirilməsi, göstərilən aqrotexnki qulluq barədə məlumat verilib. 1 ha ərazidən 2-3 ton məhsul yığılması üçün xaricdən gətirilən arı növü də saxlanılır ki, bu da pamidorların çiçəklənməsi prosesində mühün rol oynayır. 3 ay nəzərdə tutulan təcrübənin sonunda könüllülərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işlə təmin olunmağa əsas verən sertifkatlar veriləcək.
Şölə Mahmudova könüllü:Biz bir çox ekskursiyalara getmişik. Üzümçülük bağlarında olmuşuq, çuğundur sahələrinı getmişdik. İndi isə pamidor istixanasına gəlmişik, burada pamidorun yetişdirilməsi haqqında geniş məlumat alırıq, öyrənirik.
Dəniz Şahvələdova könüllü:Bir çox təlimlərdə iştirak etmişik. Ekskursiyalarda çox olmuşuq. Hazırda pamidor istixanası ilə tanış olduq, ətraflı məlumat topladıq. Bu bizim gələcək işimizdə çox kömək olacaq.
Fəqan Avazov Göygöl DAİM-in “Aqrar İnkişaf Könüllüləri” təşkilatının rəhbəri:Nəzəri biliklərdən əlavə könüllülərə praktiki biliklərdə vacibdir. Mütamadi olaraq Göygöl rayonunda yerləşən müəsisələr, fermer təsərrüfatlarına ekskursiyalar təşkil olunur. Bu günə kimi Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində eyni zamanda Kənt Təsərrüfatı Nazirliyinin müxtəlif qrumlarında işlə təmin olunublar.
- Baxış: 547