• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 14.03.2020 12:30

Aqrar sığortadan yararlanacaq fermerlər

KepezTV Player

“Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının sığorta edilməsi prosesinə başlanılacaq. Aqrar sığortanın tətbiqi prosesində ilk olaraq elektron sistem hazır edilməlidir”. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, cins heyvan əldə edən fermerlərin sayı il ərzində 1 000 nəfər təşkil edir. Bitkiçilik üzrə isə 450 min fermer qeydiyyatdan keçibsə, ilk mərhələdə həmin fermerlərin 5%-lik hissəsi, yəni 25 min nəfərini sığortaya cəlb etmək hədəflənib.