• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 13.03.2020 20:01

Gəncədə 3230 uşaq birinci sinfə qəbul olunub

KepezTV Player

Bu gündən birincilər üçün məktəb seçimi başlayıb. Azərbaycan bölməsində oxuyanlar məktəb və sinif seçmək, rus bölməsinə isə müsahibəyə sorğu yerləşdirmək həyata keçilir. Proses elektron qaydada reallaşdırılır və istənilən vətəndaş www.mektebeqebul.edu.az saytına daxil olub övladını qeydiyyatdan keçirə bilər. Bununla da şəffaflıq təmin edilməklə, vaxt itkisi də aradan qaldırılır, eləcə də informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilir. Azərbaycan bölməsi üzrə proses sentyabırın 14-nə, rus bölməsi üçün isə martın 30-na kimi davam edəcək. Valideynlər qeydiyyat ərizəsini aidiyyatı üzrə orta məktəblərə təqdim etməlidirlər. Ümumilikdə Gəncədə məktəbə hazırlıq qrupunda 46 məktəb üzrə 162 qrupda 3230 uşaq qeydiyyatdadır. Bu uşaqlardan da 682-i rus dilində oxuyacaq. Uşaqlar avtomatik olaraq oxuduqları məktəb və sinif üzrə qeydiyyata alınır.

Raidə Məmmədova - valideyn: Qeydiyyat üçün gəlmişdim. Yoxladılar qeydiyyatdan keçirmişəm. Təşəkkür edirəm.

Gülarə Rəsulova - valideyn: Gəldik sistem açıldı. Nəvələrimin işi 19 nömrəli orta məktəbə qəbul olundu. Müəlliməni də seçdik, sistemdən razı qaldım.

Yasin Məmmədov - Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı: Məktəbəqədər hazırlıq qrupunda təhsil alan uşaqlar bir başa birinci sinifə keçib. Ancaq məktəbə qədərdə oxumuyanların qeydiyyatı bu gündən başlayır. Şəxsi kabinet yaradıb, qeydiyyatdan keçib birinci sinfə qəbul etməlidirlər. Kimlik və aktiv nömrə ilə qeydiyyatdan keçmək kifayət edir.