KepezTV Player
Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Balakən rayon sakini, 23 yaşlı Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, xəstə dünyasını dəyişib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.
- Baxış: 529