• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1195
— 13.03.2020 11:03

Motorola Edge+ gəlir

Bir neçə müddət bundan öncə Motorola Edge+ flaqman smartfon modelinin render fotoları ortaya çıxıb. İndi isə smartfonun sahib olacağı əsas kamera barəsində məlumat da yayılıb.

Motorola Edge+ smartfonu brendin 108 MP-lik arxa kameraya sahib ilk modeli olacaq.

Məlumatda qeyd edilib ki, smartfon üçlü arxa kamera ilə təchiz olunacaq: 108 MP + 16 MP + 8 MP. Çox güman ki, söhbət, Samsung istehsalı olan 108 MP-lik kamera modulundan gedir. Qeyd etmək lazımdır ki, həmin kamera modulundan Xiaomi şirkəti də öz flaqman smartfonlarından bəzilərində istifadə edir. Bundan əlavə olaraq Motorola Edge+ smartfonu 25 MP-lik ön kamera ilə təchiz olunmalıdır.

Həmin kamera modulu smartfon ekranının yuxarı sol hissəsində olacaq kiçik dairəvi çıxıntının daxilinə inteqrasiya ediləcək. Son məlumat sızıntılarına əsasən Motorola-nın yeni flaqman smartfonu ya 6.5 düym ya da 6.8 düym kənarları əyilən ekran, Snapdraogn 865 prosessoru, 5G modemi, 8/12 GB RAM və 5169 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.