• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 13.03.2020 11:02

75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb

“Xiaomi” şirkəti ötən ilin noyabrında 55, 65 və 75 düym diaqonallı “Mi TV 5” və “Mi TV 5 Pro” seriyalı smart televizorlar nümayiş etdirib.

 75 düymlük “Quantum Dot QLED” kvant pikselli ekranlarla təchiz edilən “Mi TV 5 Pro” televizoru “HDR10 ” genişləndirilən dinamik diapazonu, “8K” formatlı videomaterialların emalını dəstəkləyir.

 Yeni modellər 12 nanometrlik “Amlogic T972” prosessoru, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılan yaddaş, “Wi-Fi” simsiz adapteri və s. ilə təchiz olunub.

 75 düymlük “Mi TV 5” televizorunda isə kvant piksellər texnologiyasından istifadə edilməyib. Operativ yaddaş tutumu 3 giqabayt, quraşdırılan yaddaş isə 32 giqabayt təşkil edir.

 Hər iki modifikasiya “4К” (3840 × 2160 piksel) təsvir ölçüsünü dəstəkləyir. İstifadəçilər “Xiao AI” intellektual səsli yardımçı funksiyadan da yararlana bilərlər.

 Martın 9-dan satışa çıxarılan 75 düymlük “Mi TV 5 Pro” modelinin qiyməti 1440 dollar, “Mi TV 5” versiyasının 1150 dollar təşkil edir.