• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 12.03.2020 20:57

Tanınmış rəssam hesabat sərgisinə hazırlaşır

KepezTV Player

Bu il tanınmış heykəltəraş, əməkdar rəssam Şərif Şərifovun 75 yaşı tamam olur. Daim yaradıcılıq axtarışında olan bütün bacarığını sevdiyi sənətinə həsr edən sənətkar yubileyinə hesabat sərgisi iləhazırlaşır.

Şərif Şərifov əməkdar rəssam:İnsan yaşayır, illər keçir baxırsan ki, ətrafını neçə illər bürüyüb, səndə özünə hesabat verəsən ki, nə edibsən. İnsan nə isə iz qoyub gedir. Cəmiyyət üçün əsər yaradır. O nöqteyi nəzərdən mən də baxıram ki, mən nə etmişəm.

Respublikanın əməkdar rəssamı, heykəltaraş Şərif Şərifov 75 yaşını sənətkar hesabatı ilə qeyd etməyə hazırlaşır. İyunda  Azərbaycan Təsviri İncəsənət Muzeyində, eləcə də yaşayıb yaratdığı Gəncədə əl işləri olan heykəllər və rəsmlərdən ibarət sərginin təşkilinə hazırlıq gedir. Sərgilərdə sənətkarın 50-ə yaxın əl işi nümayiş ediləcək.

Şərif Şərifov əməkdar rəssam:Ümimi əsərlərimin konsepsiyasını yəni kiçik bir formada bildirmək istəyirəm. Onlarda obrazlar olaraq Cavadxan, İsrafil Məmmdov, müasirlərimdi, rəssamlardı Tahir Salahov, yazıçı Anardı, Rəsul Rza, Nigar Rəfibəyli, Nizami Gəncəvidir. Bunlar bizdən ayrılmayan mövzulardı.

Tanınmış rəssam və heykəltaraşın illər boyu yaradıcılığında tarixi hadislər və şəxsiyyətlər əsas mövzu olub. Yaratdığı əsər xaricdə şəxsi kolleksiyalarda və muzeylərdə qorunur.

Şərif Şərifov əməkdar rəssam:Amerikanın prezident muzeyində, İsveçrənin Lozanna muzeyində, Olimpiya muzeyində, Rusiyanın Qızıl fondunda, Türkiyədə Atatürk mavzaleyində, Sparta universtetində onları cənab ulu öndər özü vermişdi.

Şərif Şərifov yaradıcılığında ən fərqli üslublardan biri də odur ki, sənətkar həmişə müasirlərinin də portretini, heykəlini yaratmağa çalışıb.Dövlət tərəfindən də sənətkar yüksək fəxri adlara layiq görülüb. Əməkdar rəssamı fəxri adını alıb, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.