• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 12.03.2020 20:40

İlk layihə üzrə işlərə başlanılıb

KepezTV Player

Avropa İnkişaf və Yenidənqurma Bankı və Gəncə şəhərinin rəhbərliyi tərəfindən şəhər üzrə ilk investisiya layihəsinin müəyyənləşdirməsi istiqamətində işlər aparılır. İşlərə bu həftə başlanıb və hazırda küçələrin işıqlandırması, şəhər nəqliyyatının və bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri özündə birləşdirən bir sıra imkanlar nəzərdən keçirilir. Gəncədə infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirməsinin həcmi şəhərin ehtiyaclarına uyğun olaraq təyin olunacaq.