KepezTV Player
"Bu gün ölkə iqtisadiyyatına, əsasən iki təsiretmə imkanına malik amil var: karonavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. İqtisadiyyat naziri Mikayıl Cabbarov buna baxmayaraq Azərbaycan iqtisadiyyatının 2020-ci ilin əvvəlində öz dayanıqlılığını saxladığını açıqlayıb. Bildirib ki, bu ilin ötən iki ayında ümumdaxili məhsulun artım tempi 2,8 faiz olub. Qeyri-neft sektorunda ümumdaxili məhsulun artım tempi 6,7 faiz təşkil edib. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb.
- Baxış: 286