• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 12.03.2020 20:09

Səfirlik İtaliyadan qayıtmaq istəyənlərə müraciət etdi

KepezTV Player

Azərbaycanın İtaliyadakı Səfirliyi ölkədəki epidemioloji vəziyyətlə əlaqədar geri qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib.Səfirlik Azərbaycan vətəndaşlarından təcili Səfirliyin elektron poçt ünvanlarına əlaqə məlumatlarını təqdim etmələrini istəyib.Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq- deyə müraciətdə bildirilib.Qeyd edək ki ötən gün İtaliyadan gələn 22 nəfər azərbaycanlı tələbə karantinə yerləşdirilib.