• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 12.03.2020 20:15

Şəmkirdə mənzildən oğurluq olub

KepezTV Player

Şəmkirdə mənzildən oğurluq olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvəllər məhkum olunmuşlar - N.Xəlilov və R.Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi bağlamadan isə 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə isə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış “Azercell Telekom” MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.