• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 12.03.2020 20:09

“Azərişıq” Daşkəsəndə kompleks tədbirlər həyata keçirir

KepezTV Player

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istqiamətində təmir bərpa işləri davam etdirilir. Yenidənqurma işləri cəbhəyanı zonalrala yanaşı ucqar dağ rayonlarında da reallaşır. Sərt iqlimi ilə diqqət çəkən Daşkəsəndə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədər olaraq rayonun Kobalt qəsəbəsində, Zəylik, Qaratağlar, Çanaxçı, Zivlən və Alxançallı kəndlərində sip kabellərin çəkilməsi istiqamətində iş aparılır. Artıq rayon ərazisində 39 yeni güc transformatoru quraşdırılıb. 50-dən çox yeni müsir dayaqlar basdırılıb. Yaxın vaxtlarda sözügedən kəndlərdə 20-ə yaxın güc taransformatorunun yenilənməsi, eləcə də 600-ə yaxın yeni dayağın basdırılması nəzərdə tutulub. Paralel olaraq 20 kilometrə yaxın sip kabelin çəkilişi də aparılacaq.

Emin Məmmədov sakin: Ərazidə qış sərt keçirdi. Bu səbəbdəndə elektrik yüklənmələri artıq olurdu. Ona görə də biz müarciət etdik dedilər zamanla bütün hamısı yenilənəcək. Sağolsunlar zaman öz axarında öz işini görür. İndi bizdə sevinirik minnətdarlqı edirik.

İltifat Həsənov sakin: Vaxt varıydı dayaqlar çürümüş vəziyyətdə idi. Tez-tez işıqlarımız kəsilirdi. Amma hal-hazırda yaxşı işlər aparılır. Biz onlara çox minnətdarıq.

Natiq Hüseyn