• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 12.03.2020 12:36

Teledərslərin sabahkı cədvəli

KepezTV Player

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 13-ü üçün nəzərdə tutulan buraxılışının cədvəli məlum olub. Sabah I, II, VII, VIII, IX və XI siniflərin dərsləri keçiriləcək. Səhər saat 10.00-da VII siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, Xarici dil, saat 11.00-da VIII siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya, saat 12.00-da IX siniflər üçün Coğrafiya, Fizika, Xarici dil, Azərbaycan tarixi, saat 13.00-da XI siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, saat 14.00-da I siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Xarici dil, 15.00-da isə II siniflər üzrə Azərbaycan dili, Riyaziyyat və Təsviri İncəsənət fənni üzrə teledərslər təşkil olunacaq. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edir və bütün sinifləri əhatə edir. Dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.