• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 12.03.2020 12:32

Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub

KepezTV Player

Azərbaycanın daha iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, İranda müalicə olunduqdan sonra Azərbaycana qayıdan 51 yaşlı qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlən xəstənin səhhəti orta ağır qiymətləndirilir. İtaliyadan qayıdan 23 yaşlı tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir. **Ümumdünya Səhiyyə Təşkilatı yeni tip koronavirusu pandemiya elan edib. Xəstəlik hazırda 114 ölkədə mövcuddur. Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.