• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3430
— 11.03.2020 19:08

Ölkəyə dəniz yolu ilə narkotik gətirənlər saxlanıldılar

KepezTV Player

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə xüsusi əməliyyat-axtarış tədbiri keçirilib. Əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb.

İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Kamran Hüseynovun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb. Araşdırma zamanı o da müəyyən olunub ki, Kamran Hüseynov İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazisinə keçirərək Xəzər dənizinin sahilində, Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Daha sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.