KepezTV Player
Təhsil müəssisələrində planda olmayan tətilin verilməsi müəllimlərin əmək haqqı ilə bağlı suallar yaradıb. Bəziləri maaşların tam şəkildə verilməyəcəyini deyir. Səsləndirilən fikirlərə təhsil naziri Ceyhun Bayramov aydınlıq gətirib. Deyib ki, işçinin günahı olmadan fəaliyyəti dayandırılarsa, o zaman əməkhaqqı tam ödənilir. Buna görə də işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi müvafiq orqanlar qarşısında qoyulan ən vacib məsələdir. Nazir, əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem olmayacağını diqqətə çatdırıb.
- Baxış: 265