• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 11.03.2020 11:02

Bu avtomobilə heyran olmamaq mümkün deyil

Pininfarina şirkəti 90 il əvvəl Battista "Pinin" Farina tərəfindən təsis edilib.

Builki sərgi ləğv edildiyi üçün Pininfarina Battista Anniversario-nun yeni versiyasını yalnız uzaqdan görmək mümkün olub.

Yeni versiyanın ön barmaqlıq, yan bıçaqlar və arxa hissəsində metal və mavi rəngli karbon lif dizaynından istifadə olunub. Ağ zolaqlar isə görünüşə fərqlilik bəxş edir. Avtomobilin iç hissəsində mavi, ağ və yeni bir boz tonun istifadə edilməsi diqqət çəkir.

Yeni avtomobilin qiyməti 2,6 milyon avrodur, təxminən 5 milyon manata bu avtomobili əldə etmək mümkündür. Bildirək ki, Pininfarina Battista Anniversario-dan yalnız 150 ədəd istehsal edilib.

Battista-nın 1877 at gücünə sahib mühərrikinin olması və sürətinin 0-dan 100 km-ə 2 saniyədə artacağı gözlənilir. Avtomobilin sürətinin 300 km/saata çatması isə 12 saniyə ərzində mümkün olacaq. Ən yüksək sürət həddi isə saatda 350 kilometrə qədərdir.