• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 11.03.2020 12:16

Dövlət başçısından deputatlara çağırış - seçicilərlə təmasda olun!

KepezTV Player

“Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalıb”. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev deputatlara səslənib - seçicilərlə daim təmasda olmaq, onların problemləri ilə maraqlanmaq, eləcə də mövcud qanunların təkmilləşdirilməsi və qəbul olunan qanunların icrasına nəzarətin əhəmiyyəti. Dövlət başçısı qarşıda duran əsas məqamları da sadalayıb.

İslahatların parlamentdən də yan keçmədiyini vurğulayan ölkə rəhbəri deputatlara kəmiyyətdən daha çox keyfiyyətə fikir verməyi tövsiyyə edib.

İnformasiya mühafizəsi ilə bağlı tədbirlərin gücləndirilməsi də dövlət başçısının diqqət yetirdiyi məqam olub. İnformasiya mühafizəsi və təhlükəsizliyi ilə əlaqədar qanunvericilikdə yeni yanaşmalar və fikirlər olmasının mütləqiliyinə diqqət çəkib.

Azərbaycanın sosial dövlət olduğunu, ölkə əhalisinin mütləq əksəriyyətini gənclərin təşkil etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində məqsədyönlü fəaliyyəti önə çəkən prezident İlham Əliyev parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artmasını, məsuliyyət və nəzarət tədbirlərinə ciddi əməl edilməsini diqqətə çatdırılıb.