• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3374
— 11.03.2020 12:04

Gömrük Komitəsinin vəzifəli əməkdaşları həbs ediliblər

KepezTV Player

Azərbaycanın dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.<br>Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan “Mercedes” markalı yük avtomobili saxlanılıb. Baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilib, üzəri digər məhsulla qablaşdırılıb, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.<br>Hazırda araşdırmalar davam etdirilir.