• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 09.03.2020 11:02

Volkswagen hibrid mühərrikli ilk R modelini təqdim etdi

Alman avtomobil nəhəngi Volkswagen çoxdan gözlənilən yeni Touareg R modelini təqdim edib.

Avtomobil 336 at qüvvəsi istehsal edən 3.0 litr həcmli turbomühərrikli V6 benzinli mühərrikə malik SUV həmçinin 130 at gücünə sahib 14.1 kVt/saat litium-ion batareyası olan elektrik mühərriki ilə təchiz edilib. Cəmi 456 at qüvvəsi olan bu "canavar" 516 funt fırlanma qabiliyyətinə malikdir.

Yeni Touareg R baqaj hissəsində yerləşən litium-ion batareya paketi sayəsində yalnız elektrik enerjisi ilə saatda 140 kilometr sürət yığa bilir.

Sürücü yönümlü daxili dizaynı olan Touareg R 12 düymlük rəqəmsal ekran və 15 düymlük əyləncə sistemi ilə təchiz edilib.

Xüsusi R üslublu bamperlər, qara rəngli zolaqlar və qara xarici güzgü qoruyucuları kimi bir çox dizayn detalına sahib olan avtomobil ilk dəfə olaraq, Cenevrə avtomobil sərgisində nümayiş etdiriləcək.