• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 09.03.2020 11:03

Aston Martin V12 Speedster barkettasını təqdim edib

Aston Martin şirkəti 88 nüsxəlik tirajla buraxılacaq yeni V12 Speedster barkettasını rəsmi olaraq təqdim edib. Kolleksiya barkettası 765 min funt sterlinqə satılacaq ki, bu da 978.4 min dollara və ya 1,7 milyon manata bərabərdir.

Aston Martin V12 Speedster modeli 1959-cu ilin “Le Manın 24 saatı” və “Nurburqrinqin 1000 kilometri” marafonlarının qalibi olan tarixi DBR1 yarış avtomobilinin, həmçinin 2013-cü ildə debüt edən CC100 yubiley spidsterinin cizgilərini özündə cəmləşdirib. Sonuncu model markanın 100 illik yubileyi şərəfinə iki nüsxədə buraxılıb və hazırda hər iki avtomobil xüsusi kolleksiyalarda saxlanılır.

V12 Speedster modeli 700 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir . Mühərrik ZF-in səkkiz bantlı avtomatik transmissiyası ilə tandemdə işləyir. Bu quraşdırma ilə avtomobil 3,5 saniyədə sıfırdan 100 kilometrə qədər sürətlənir və maksimum sürəti elektron olaraq saatda 300 kilometr ilə məhdudlaşır.

Barkettaya sifarişlər artıq qəbul edilir. Avtomobilin ilk nüsxələri müştərilərə 2021-ci ilin birinci rübündə çatdırılacaqlar.